Xəbərlər

Tokio pilotsuz yerüstü döyüş maşınlarının hazırlanmasına başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya Müdafiə Nazirliyi 2020-ci illərin ikinci yarısında Şərqi Çin dənizində, demək olar ki, Tayvana qədər uzanan ucqar adaların müdafiəsi üçün nəzərdə tutulmuş pilotsuz quru döyüş maşınlarının praktiki sınaqlarına başlamaq niyyətindədir. Bu cür cihazların işlənməsi 2023-cü maliyyə ilində başlanacaq (31 mart 2024-cü ildə başa çatır).

Robot döyüş maşınları ilk növbədə hava hədəfləri, pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün hazırlanacaq. Onlar süni intellektin imkanlarından istifadə edərək, müstəqil şəkildə, o cümlədən dərə-təpəlikdə hərəkət etməli və məhv etmək üçün ən vacib və uyğun hədəfləri seçməlidirlər.

Belə cihazların hazırlanması hökumətin ötən ilin dekabrında təsdiq etdiyi yenidən işlənmiş milli təhlükəsizlik strategiyasının müddəalarına uyğun olaraq həyata keçiriləcək. Burada qeyd edilir ki, müxtəlif tipli pilotsuz döyüş sistemləri Yaponiyanın hərbi potensialının əsaslarından birinə çevrilməlidir.

Mənbə: TASS

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu