Xəbərlər

On minlərlə qadın Baş nazirə qoşularaq küçələrə çıxacaq ki…

izlanda basbakani katrin jakobsdottir 1661350 1

İslandiyada baş nazir Katrin Yakobsdottir də daxil olmaqla on minlərlə qadın gender əsaslı maaş bərabərsizliyinə etiraz etmək üçün sabah 48 ildən sonra ilk dəfə tam tətil edəcəklər.

Millinews.az “The Guardian”a istinadən xəbər verir ki, İslandiyanın hər yerində on minlərlə qadın və bir çox fərqli fikirdən olan insanın iştirakı ilə keçiriləcək tətil, gender əsaslı maaş ədalətsizliyinə etiraz etmək və cinsiyyətə əsaslanan zorakılığa diqqət çəkmək məqsədi daşıyır.

Paytaxt Reykyavikin mərkəzində keçiriləcək tətil çərçivəsində ən az 25 min adamın iştirakı gözlənilərkən, ölkə üzrə keçiriləcək 10 müxtəlif tədbirdə daha çox iştirakçının olacağı təxmin edilir. Təxminən 40 təşkilatın bir araya gələrək təşkil etdiyi “Siz buna bərabərlik deyirsiniz?” şüarı ilə ediləcək işi dayandırma hərəkatına baş nazir Yakobsdottir də daxil olmaqla müxtəlif peşələrdən çoxlu islandiyalı qadın qatılacaq.

Tətillə bağlı İslandiya mətbuatına açıqlama verən Baş nazir Yakobsdottir, baş nazirlik ofisinin sabah tətilə çıxacağını bildirərək, “İlk növbədə islandiyalı qadınlarla həmrəylik nümayiş etdirirəm”,- deyə bildirib.

İslandiya Dövlət İşçiləri Federasiyasının kommunikasiyalar üzrə direktoru və tətilin təşkilatçılarından biri Freya Steinqrimsdottir İslandiyada bəzi peşə qruplarında qadınların hələ də kişilərdən yüzdə 21 daha az qazandığını ifadə edib. Tətil təşkilatçıları qeyd ediblər ki, qadınlarla əlaqələndirilən təmizlik və qulluq kimi peşələr lazımi səviyyədə qiymətləndirilmir və az maaş verilir. İslandiya qadınları ilk dəfə 1975-ci ildə tətil elan etmişdilər.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu