İdman
Qubada qayadan aşan maşında Namiq Mənanın qızı və nəvələri imiş

Xəbər verdiyimiz kimi, Quba rayonunda yağan qar səbəbilə KİA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb.
Sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.
Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərdən birində pedoqoji fəaliyyət göstərir.



