Azərbaycan və Britaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirildi
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında “6-cı Qərargah danışıqları”na dair görüş keçirilib.
Bu barədə Millinews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə əsasən təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Humanitar sahə, eləcə də minatəmizləmə tədbirləri üzrə keçiriləcək təlim və treninqlərə töhfə məsələləri haqqında danışılıb. Tərəflər birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə ediblər.
Sonra qonaqlar “N” hərbi hissəsini ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, videoçarx nümayiş etdirilib.
Böyük Britaniya tərəfindən təşkil edilən kurslarda iştirak etmiş hərbi qulluqçularla görüş keçirildikdən sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.