Xəbərlər
Bayramov Tehranda Mirzoyanla görüşdü: nəyi müzakirə ediblər?
Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib.
Millinews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan xarici işlər nazirlərinin görüşünün nəticələrinə əsasən bildirib.
“Tehranda keçirilən “3+3” görüşü çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş Ermənistan və Azərbaycan arasında sülh və dostluq yolunda atılan addımlardan biridir.
Görüş zamanı nazir müavinləri söhbət etmək imkanı əldə ediblər.
Bu görüş Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına kömək edəcək”, – iranlı diplomat qeyd edib.
Tural