Ölkə

​Türkiyənin Avropa Birliyinə üzv olmaq hədəfini dəstəkləyirəm


“Türkiyənin Avropa Birliyinə üzv olmaq hədəfini dəstəkləyirəm”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, NATO hərbi alyans olaraq İsveçin NATO-ya daxil olması üçün çox çalışır. “Biz İsveçin mümkün qədər tez üzv olması üçün çox çalışırıq” – Stoltenberq deyib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılıq verməsi üçün şərt irəli sürüb.

O deyib: “Əvvəlcə gəlin Türkiyənin Avropa Birliyinə üzv olması üçün problemləri aradan qaldırın, sonra Finlandiyaya yol açdığımız kimi İsveçin də NATO-ya üzv olmasının yolunu açaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu