NATO baş katibi Ərdoğana buna görə təşəkkür etdi
İsveç Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib və NATO-ya daxil olmağa tam hazırdır.
Millinews.az TASS-a istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.
“İsveç terrorla mübarizəni genişləndirmək üçün bütün öhdəliklərini yerinə yetirdi, konstitusiyasını və qanunlarını dəyişdirdi, Türkiyəyə silah tədarükünə icazə verdi və indi onun yaxın gələcəkdə alyansa qoşulmasını gözləyirəm”, – deyə baş katib bildirib.
O, həmçinin əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb və İsveçin hərbi bloka daxil olması ilə bağlı protokolu imzaladığına görə ona təşəkkür edib.
Xatırladaq ki, bundan əvvəl Stoltenberq alyans ölkələrinə göndərdiyi məktubda İsveçin NATO-ya ən geci noyabrın sonunda, alyans ölkələrinin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyi vaxtdan daxil olması lazım olduğunu bildirmişdi.
Adəm