Qafqazda sülhü onlar məhv edir
Xarici müdaxilə regionda sülh və sabitliyə zərərlidir və İran Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək etməyə hazırdır.
Millinews.az axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.
“İran Azərbaycan və Ermənistan arasında mövcud mübahisələrin həllinə kömək etməyə hazırdır. İran Qafqaz ölkələrinin təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir” – deyən Rəisi regionda sülh və sabitliyin məhv edilməsində ABŞ və Qərb ölkələrinin böyük rol oynadığını qeyd edib.
Ararat Mirzoyan İranın Qafqaz regionunda baş verən hadisələrlə bağlı “aydın və qəti” mövqeyini yüksək qiymətləndirərək, bu kritik dövrdə region ölkələri arasında görüşlərin və dialoqun aparılmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, Mirzoyanla Rəisinin görüşü Tehranda keçirilən “3+3” formatlı sammit çərçivəsində baş tutub.