Xəbərlər

“Lukoyl”un direktorlar şurasının sədri QƏFİL VƏFAT ETDİ

owl detail 620 a5a481310587a03bbe85fc55212d3007

Oktyabrın 24-də Rusiyanın “Lukoyl” neft şirkətinin direktorlar şurasının sədri Vladimir Nekrasov 66 yaşında qəfil vəfat edib.

Millinews.az xəbər verir ki, şirkət ölümə səbəb kəskin ürək çatışmazlığını göstərib.

Nekrasov vəzifəsinə əvvəlki rəhbər Ravil Maqanovun ölümündən sonra başlayıb.

Xəbərlər fonunda Moskva birjasında “Lukoyl”un səhmləri 0,5 faiz ucuzlaşaraq 7430 rubla düşüb.

Vladimir Nekrasov kimdir

Vladimir İvanoviç Nekrasov 31 mart 1957-ci ildə Qazaxıstanın Şimali Qazaxıstan vilayətinin Sokolovka kəndində anadan olub. 1978-ci ildə Tümen Sənaye İnstitutunu Maşınlar və Avadanlıqlar ixtisası üzrə bitirib. 2000-ci ildə Başqırdıstan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun aspiranturasını bitirib.

Nekrasovun texnika elmləri namizədi elmi dərəcəsi var idi.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu