Xəbərlər

İsveç Baş naziri Ərdoğana təşəkkür etdi

1673554823 isvec turkiye turkiye isvec kolaj trt haber 1867258

İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Millinews.az TASS-a istinadən xəbər verir ki, bu barədə isveçli Baş nazir “X” sosial şəbəkəsində yazıb.

“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, – İsveç Baş naziri paylaşımında vurğulayıb.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu