Xəbərlər

Rusiya pul siyasətini sərtləşdirir: 27-də qərar veriləcək

rusiya bank sedri

Rusiya Bankının Direktorlar Şurası oktyabrın 27-nə planlaşdırılan növbəti iclasında əsas məzənnəni yenidən artıra bilər.

Millinews.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Qurumun keçirdiyi sorğuda iştirak edən analitiklər yekdilliklə proqnozlaşdırırlar ki, Rusiya Bankı əsas faiz dərəcəsini 100 baza bəndi artıraraq 14%-ə çatdırmaqla pul siyasətini sərtləşdirəcək. Bir sıra ekspertlər hesab edir ki, tənzimləyici daha da sərt ssenaridən istifadə edərək, faizi 15%-ə çatdıracaq.

Mərkəzi Bankın qərarına təsir edəcək amillərə inflyasiyanın kəskin artması, fiskal siyasət və kreditləşmə dinamikası daxildir.

Yada salaq ki, bu ilin sentyabrında Rusiya Bankı artıq əsas faiz dərəcəsini 12%-dən 13%-ə qaldırıb və bu qərarı yüksək inflyasiya təzyiqinin davam etməsi ilə izah edib. Eyni zamanda, tənzimləyici artım həddinə hələ çatılmadığını açıqladı.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu