”Yaşıl dalğa” İsveçrədəki parlament seçkilərinin qalibi oldu
İsveçrədə keçirilən parlament seçkilərində millətçi-mühafizəkar İsveçrə Xalq Partiyası (SVP) qalib gəlib.
Millinews.az xəbər verir ki, “exit-poll“un nəticələrinə görə, SVP 29 faiz səs toplayaraq, 200 yerlik parlamentdə mandatların sayını 53-dən 62-yə çatdırıb.
2019-cu il parlament seçkilərində 13,2 faiz səs toplayaraq, öz tarixində ən yüksək nəticəyə imza atan Yaşıllar partiyası isə 9,1 faiz səslə ümidləri doğrultmayıb və parlamentdə beş mandatından imtina etməli olacaq. Yaşıl Liberallar isə parlamentdə altı mandat itirməli olublar.
Ölkənin ən böyük partiyalarından biri olan Sosial-Demokratlar Partiyası (SP) 17,9 faiz səslə mandatların sayını 41-ə çatdıra bilib. Mərkəz Partiyası 29 mandat, Azad Demokratlar Partiyası (FDP) 28 mandatla növbəti koalisiya danışıqlarında mühüm tərəfdaş rolunda çıxış edə biləcək.
Parlament seçkilərində ölkə əhalisinin 48 faizinin iştirakı əhalinin ölkədəki siyasi qərarların verilməsində hər rüb keçirilən və müxtəlif mövzular üzrə sualların əks olunduğu referendumlara daha çox üstünlük verdiyini göstərir.