Rusiya sülhməramlıları Qarabağda 10 post qurdu
Son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar.
Millinews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirlib ki, həmin postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub.
Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd olunub ki, hazırda sülhməramlılar Qarabağın məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.