Xəbərlər
İsrail qırıcıları Dəməşq və Hələb hava limanlarını VURDU
İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç “F-15” qırıcısı və dörd “F-16” qırıcısı Aralıq dənizindən Suriyanın Hələbdəki Nairab və Dəməşqin Duvali hava limanlarına hücumlar həyata keçirib.
Millinews.az xəbər verir ki, bu barədə brifinqdə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.
O bildirib ki, uçuş-enmə zolaqları qismən zədələnib, hava limanlarının fəaliyyəti pozulub:
“Zərbələr oktyabrın 22-si saat 05:22-dən 05:33-dək Aralıq dənizindən Suriya hava məkanına daxil olmadan endirilib”.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında əməliyyatın müddətini açıqlamışdı.
Hüseyn İbadlı