Xəbərlər

Rusiyada belaruslar da “terror” törədirlər: 61 yaşlı diversant saxlanıldı

diversant

Krımda belaruslu diversant partlayıcı maddə ilə saxlanılıb.

Millinews.az xəbər verir ki, Krımda hərbçiyə sui-qəsd cəhdinə görə Belarus vətəndaşı saxlanılıb. Onun mənzilində partlayıcı maddələr və silahlar aşkar edilib. Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 23-də baş verib. Bir nəfər hərbçiyə məxsus avtomobili partlatmaq üçün çəkisi 500 qram olan trotil PUA-dan istifadə edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İstintaq orqanları sui-qəsd cəhdində şübhəli bilinən şəxsi tapıblar. O, 61 yaşlı Belarus vətəndaşıdır. Onun mənzilində hərtərəfli axtarış aparılıb və çoxlu silah və partlayıcı maddələrdən ibarət anbar aşkarlanıb.

İstintaq müəyyən edib ki, cinayətkar sentyabrın 20-də PUA hazırlayaraq, ona bomba yerləşdirib.

Mehti Kamiloğlu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu