Qurbanov bu mükafatı alan ilk azərbaycanlı oldu
“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.
Millinews.az xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu Feyr Pley mükafatı – “Joao Barotra” diplomuna layiq görülüb.
Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Q.Qurbanova təqdim olunub.
Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.
Qeyd edək ki, “Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən, dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər – amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.