Xəbərlər
Araikin verdiyi tapança ilə İrəvanda hücum etdi
Separatçıların keçmiş “rəhbəri” Araik Arutyunyan Bakıda həbsdə olsa da, İrəvanda silahlı insidentdə adı hallanır.
Millinews.az xəbər verir ki, İrəvanın Qriboyedov küçəsində atışma qeydə alınıb.
Məlumata görə, 50 yaşlı İrəvan sakini Arman A. qarşıdurma yaşadığı şəxslərə silahla hücum edib. Ölən və yaralanan olmayıb. Polislər Arman A.-nı həbs etdikdən sonra maraqlı detal ortaya çıxıb.
Məlum olub ki, Arman A.-nın üzərindən içində 8 güllə olan “Beretta” tapançası aşkarlanıb. O bildirib ki, tapançanı ona bu il Araik Arutyunyan hədiyyə verib.
Asif