Xəbərlər

Pakistan rupisi dünyanın ən güclü valyutası oldu

a4c3a3f8 eac5 4799 80ef 64612a45838d

Pakistan rupisi 2023-cü ilin sentyabrında tarixi minimuma çatdıqdan sonra möhkəmlənib və ayın sonunda dünyanın ən güclü valyutası olub.

Millinews.az xəbər verir ki, bu barədə CNBC birja məlumatlarına istinadən məlumat yayıb.

London Fond Birjasının məlumatlarına görə, Pakistan valyutası sentyabrın əvvəlində ABŞ dollarına nisbətdə rekord minimuma enərək 307 rupiyə düşüb. Maliyyə xidmətləri firması “HDFC Securities”in son hesabatında deyilir: “Pakistan rupisi bu ay qlobal miqyasda yaxşı performans göstərdi, buna hökumətin qeyri-qanuni dollar ticarətinə qarşı tədbirləri kömək etdi”.

“Arif Həbib Limited” qiymətli kağızlar broker firmasının tədqiqat rəhbəri Tahir Abbas bildirib ki, hökumət qaydalarının sərtləşdirilməsini nəzərə alaraq, rupinin daha da möhkəmlənməsi gözlənilir. Yerli KİV-in məlumatına görə, Pakistan Federal Təhqiqat Agentliyi qeyri-rəsmi kanallar vasitəsilə müvafiq sənədlər olmadan dollar alqı-satqısı həyata keçirən qeyri-qanuni valyuta əməliyyatları ilə məşğul olan mübadilə şirkətlərinə qarşı ümummilli reyd keçirib. Abbas həmçinin qeyd edib ki, Pakistan hökuməti ixracın təşviqinə və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsinə diqqət yetirməlidir. “Xarici sərmayənin artması ölkənin valyutasına tələbi artıracaq və onun məzənnəsini yüksəldəcək”, – deyə o izah edib.

Günay Cavanşir

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu