Xəbərlər

Ronaldonun möhtəşəm qolu “Əl-Nəsr”ə qələbə qazandırdı

cristiano ronaldo al nassr

Ərəbistan Pro Liqasında 10-cu turunda “Əl-Nəsr” “Damak”la qarşılaşıb.

Millinews.az xəbər verir ki, “Əl-Əvvəl Park” stadionunda keçirilən oyun “Əl-Nasr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissənin sonlarında, 45+2-ci dəqiqədə Corc-Kevin N’Koudou görüşdə hesabı açıb, “Damak”ı önə çıxarıb. İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə Anderson Taliska tarazlığı bərpa edib.

57-ci dəqiqədə Kriştiano Ronaldo cərimə zərbəsini dəqiq yerinə yetirərək “Əl-Nəsr”ə qələbə qazandırıb.

Doqquz turdan sonra “Əl-Nəsr” 22 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu