Xəbərlər

Azərbaycan güləşçisinin karyerasını bitirməsinin səbəbi bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın çimərlik güləşçisi Oyan Nəzərianinin idmançı karyerasını başa vurmasının səbəbi bəlli olub.

Bu barədə “Report”a 29 yaşlı pəhləvan açıqlama verib.

O, daha əvvəl də karyerasını bitirməyi planlaşdırdığını söyləyib:

“Məşqçiliyə başlayandan qısa müddət sonra bu qərarı vermişdim. Sadəcə, bu il Dünya Çimərlik Oyunları təşkil edilməliydi və mənim lisenziyam var idi. Bu turnirə qatılmaq niyyətindəydim. Dünya Çimərlik Oyunları İndoneziyaya həvalə edilmişdi, amma təxirə salındı. Nə vaxt və hansı ölkədə keçiriləcəyi bəlli olmadığı üçün bu addımı atdım. Məşqçiliklə birlikdə idman karyerasını davam etdirmək bir az çətin olur”.

Hazırda Azərbaycan millisinin baş məşqçisi olan Nəzəriani komandanın hazırlığına daha çox üstünlük verdiyini diqqətə çatdırıb:

“Fərdi məşqlərə elə də çox vaxt ayıra bilmirdim”.

Mütəxəssis dünya çempionatını bir qızıl və bir bürünc medalla başa vurmaları ilə bağlı danışıb:

“İbrahim Yusubov ardıcıl ikinci dəfə qızıl medala yiyələnməklə hamımızı sevindirdi. Ona bundan sonrakı yarışlarda da qızıl medallar arzulayıram. Mən isə bürünc medal əldə etdim və bu mükafatla idmançı karyeramı yekunlaşdırdım. Ramiz Həsənov mükafatın bir addımlığında qaldı. Onun gələcəkdə uğurlar qazanacağına inanıram”.

Mütəxəssis yığmanın qarşıdakı hədəflərindən də söz açıb:

“Artıq dünya çempionatına yekun vurulub. Biz Dünya Çimərlik Oyunlarının keçiriləcəyi ölkənin adının açıqlanmasını gözləyirik. Növbəti hədəfimiz bu yarışda iştirakdır. Həm də növbəti dünya çempionatına hazırlaşacağıq. 2024-cü ildə bütün çəkilərdə çıxış etməyi hədəfləyirik. Güləş ölkəsi olduğumuz üçün bütün yarışlara iddialı hazırlaşmalı və ən yüksək nəticələri qazanmağı qarşıya məqsəd qoymalıyıq. Biz də bu yöndə bütün çəkilərdə idmançılarımızı yetişdirməyi və turnirlərə göndərməyi planlaşdırırıq”.

Qeyd edək ki, Dünya Seriyasının beş mərhələsinin yekunlarına əsasən, İbrahim Yusubov (90 kq) qızıl, Oyan Nəzəriani (+90 kq) bürünc medal qazanıblar. Onlar son olaraq Türkiyənin Muğla bölgəsində təşkil olunan turnirə qatılıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu