Xəbərlər

“Real”ın yeni hədəfi: “Qarabağ”ı yıxan futbolçu

bayer 04 leverkusen v qarabag fk group h uefa europa league 2023 24

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer Leverkuzen”in müdafiəçisi Alexandro Qrimaldo İspaniyaya qayıda bilər.

Millinews.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Real” maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “kral klubu” müdafiənin sol cinahındakı problemi ispaniyalı futbolçuyla həll etmək istəyir. Qış transfer pəncərəsində olmasa belə, mövsümün sonunda onun transfer edilməsi planlaşdırılır.

“Barselona”nın yetirməsi olan Qrimaldo bu yay “Benfika”dan Almaniya təmsilçisinə transfer edilib.

Qeyd edək ki, o, cümə axşamı keçirilən “Bayer” – “Qarabağ” matçında (5:1) 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu