Müxalifətin təzyiqinə boyun əymədi, İsrailə getməyəcək
Avstraliyanın baş naziri Entoni Albaneze İsrailə səfər etməyəcəyini açıqlayıb.
Millinews.az “Sky News Austria”ya istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Albaneze, ölkəsindəki müxalifətin təzyiqlərinə baxmayaraq, Qəzzadakı qarşıdurmalara görə İsrailə getməyəcəyini bəyan edib. Perthdə sualları cavablandıran Albenese, “Hazırda Yaxın Şərqə səfər etmək planım yoxdur” deyərək, prioritetinin Avstraliyada İsrailin Fələstindəki zorakılığı ilə bağlı müxtəlif fikirli nümayəndələr arasında körpü qurmaq olduğunu bildirib.
Avstraliyalı müxalifətinin lideri Piter Duttonun oktyabrın 23-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcəyi gözlənilən Albanezenin Tel-Əvivə də səfər etməsini və İsraili dəstəkləməsini təklif etmişdi. Albaneze, Baydenlə görüşündə Hind-Sakit okean təhlükəsizliyi, iqlim və təmiz enerji gündəmlərini müzakirə edəcəklərini açıqlayıb.
Nəzrin