Tramp ABŞ-ni hamının güldüyü “faşist dövlət” adlandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident Co Baydenin rəhbərliyi altındakı Birləşmiş Ştatlar faşist dövlətə çevrilib”.
Bu fikirləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“ABŞ-yə bütün dünya gülür. Biz səriştəsiz insanların idarə etdiyi faşist dövlətə çevrilmişik”, – deyə keçmiş dövlət başçısı qeyd edib.
Tramp bundan əvvəl də bildirmişdi ki, Bayden administrasiyası siyasi rəqiblərini cinayət məsuliyyətinə cəlb etməklə ölkəni “banan” respublikasına çevirir. Baydeni ABŞ tarixinin ən pis prezidenti hesab edir və əlavə edib ki, o, rəsmi tədbirlər zamanı ayaqları üstündə dura bilmir, təyyarənin pilləkənlərində yıxılır.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü ilin noyabrında keçiriləcək. Aprelin 25-də hazırkı prezident ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini bəyan edib. Tramp 2022-ci ilin noyabrında seçkiyə qatılacağını elan edib.
Mənbə: TASS