ÖlkəMaraqlı

Bir həftə qaldı… – İyunun 1-i veriləcək bu qərar Bakıda vəziyyəti tamamilə dəyişəcək

Azərbaycanda yeni taksi qaydalarının tətbiq olunacağı və iyunun 1-dən gedişhaqqının 4 manat 50 qəpik olacağı iddia edilir.
Mövzunu şərh edən texnika elmləri üzrə fəlsəfə doktoru, dosent, nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, avtobus və metroda qiymətləri Tarif Şurası müəyyən etsə də, taksi xidmətlərində belə deyil.
Onun sözlərinə görə, taksi xidmətlərində qiymət standartları olur: “4 manat 50 qəpik iddiası düzgün deyil. Bu qiymət nəzərdə tutulsa da, bütün taksilərə şamil oluna bilməz. Çünki elə taksilər var ki, xidmət keyfiyyəti çox yüksəkdir, standartları yuxarı səviyyədədir deyə, məbləğ baha hesablanır. Amma avtomobillərdə həftənin müəyyən günlərində, günün müxtəlif saatlarında həmin qiymət dəyişə bilər. Lakin 4 manat 50 qəpik haradan çıxıb, mənə maraqlıdır”. 
F.Eyyubov deyib ki, Azərbaycanda taksilərdə standart qiymət təyin edən sistem yoxdur: “Avtobusda gedişhaqqı kartla ödənilir və başqa söhbət olmur. Taksilərdə isə bunu etmək mümkün deyil. Çünki Bakıda taksilərin sayı müəyyən edilməyib. Bu sayı da tələbata görə müəyyən etmək olur. Ümumiyyətlə, Bakı şəhərində taksi daşımalarına tələbat bilinməli, buna uyğun taksi sayı nəzərdə tutulmalıdır. Bu məsələ fərmanla, sənədlə, möhürlə həll olunmur, insanların tələbatına, xüsusiyyətinə, büdcəsinə uyğun müəyyən edilir.
Məsələyə elmi cəhətdən yanaşılmasa, qiymətlər necə gəldi tətbiq ediləcək. Əgər doğrudan da minimum qiymət 4 manat 50 qəpik müəyyən edilərsə, bunun axırı yaxşı olmayacaq, ümumi sosial problemlər yaranmış olacaq. Bunun üçün də qiymətləri xidmətlə uyğunlaşdırmaq lazımdır”. (Globalinfo.az)

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu