Xəbərlər
İran Qərbi Azərbaycanda “Karun”un tikintisinə başladı
İran ən azı 300 MVt gücündə “Karun” adlı yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.
Millinews.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib. Onun sözlərini IRNA agentliyi sitat gətirib.
“Biz Qərbi Azərbaycan vilayətində radioaktiv materialların çıxarılmasına ən azı 5 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, həmçinin orada yeni “Karun” AES-in tikintisinə başlamışıq. Onun gücü ən azı 300 meqavat olacaq”, – İslami bildirib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak “RT Arabic” telekanalına müsahibəsində bildirib ki, İranın Rusiya, Türkmənistan və Qətərin iştirakı ilə qaz qovşağı yaratmaq təklifini öyrənmək lazımdır.
Tural