Azərbaycana xaricdən pul köçürmələri bu qədər azalıb
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 896.6 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 466.5 milyon manata bərabər olub.
Millinews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 2 milyard 523.3 milyon manat, banklardan xaricə köçürmələr isə 39,2% və ya 300.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 9 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 419.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 767.3 milyon manat təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.