Xəbərlər

Qazaxıstanda şaxtadakı qəzada ölənlərin sayı 45-ə çatdı


Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.

Millinews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, bir şaxtaçının axtarışları aparılır.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü deyilirdi.

Qeyd edək ki, qəza anında şaxtada 252 nəfər olub. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu