Maqazin

“Tamilla deyir ki, bunu oxu və ya oxuma”

“Həyat yoldaşım Tamilla mənə deyir ki, bu mahnını oxu və ya oxuma. Oxuyuram, alınırsa alınır. Bəzən isə studiyada oxuyuram, görürəm alınmır. Elə mahnı var ki, oxuyursan, bəyənmirsən. Saxlayırsan və iki-üç ay keçəndən sonra yenidən oxuyursan. Görürsən ki, alındı”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev Əməkdar artist Rəşad İlyasovun “Danışır musiqi” proqramında deyib. Sənətçi oxuduğu mahnılardan danışıb. O bildirib ki, bəzi hallarda mahnı seçimini onun üçün həyat yoldaşı Tamilla Hüseynəliyev edib.

Sənətçi gənc ifaçılara məsləhət verib:

“İndi xoşbəxtik ki, məktəb davam edir. Böyüklərimizin oxuduğu kimi oxumaq yaxşı şeydir. Gənc ifaçılara məsləhət görürəm: Ola bilsin kimsə, hansısa müəllim dünyasını dəyişib. İndi internet dövrüdür. Axtarıb tapıb, onlar kimi oxuya bilərlər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu