ABŞ və Aİ-dən İsrailə dəstək bəyanatı
ABŞ və Aİ liderlərinin Vaşinqtonda keçirilən 27-ci sammitinin yekununda İsrail-Fələstin münaqişəsi ilə bağlı ortaq bəyanat verilib.
Millinews.az xəbər verir ki, bəyanatda İsrailin üzləşdiyi hücumlara qarşı özünü müdafiə etmək hüququna malik olduğu bildirilib.
Həmçinin İsrail-Fələstin münaqişələri ilə bağlı HƏMAS-ın İsrailə hücumları ən sərt şəkildə pislənib:
“Heç bir şey terrora haqq qazandıra bilməz. İsrailin beynəlxalq hüquq normaları çərçivəsində bu hücumlara qarşı özünü müdafiə etmək hüququ olduğunu təsdiq edirik”.
Bəyanatda regiondakı tərəfdaşlarla sıx əməkdaşlığın olacağı bildirilib və aşağıdakı bəyanatlar verilib:
“Biz həmçinin Qəzzada humanitar böhranın pisləşməsindən narahatıq. Regional eskalasiyanın qarşısını almaq çox vacibdir. Bütün girovların dərhal azad edilməsini çağırırıq və iki dövlətli sülhə aparan etibarlı yola dəvət edirik”.
Aysel Şahmar