MaqazinÖlkə

“Hamı yazır ki, bunun pulu yoxdur yeni mahnı almağa. Doğrudan da yaxşı mahnı yoxdur” 

2024-cü ildə sözün əsl mənasında ulduzu parıldayan müğənni NURAN OLAY-la həmsöhbət olub. 

Ard-arda  hitlər yayımlayan artist yeni layihələrindən söz açıb. 

İfaçı köhnə mahnılara yeni nəfəs verməsinin səbəbini də açıqlayıb. O bildirib ki, indi yaxşı mahnı olmadığı üçün əvvəlki illərə müraciət edir:

“Əslində layihələrimiz, kliplərimiz silsilə şəkildə çıxacaq. Yəqin ki, Yeni il qabağı yayımlanacaq. Görürəm, hamı yazır ki, bunun pulu yoxdur yeni mahnı almağa. Doğrudan da yaxşı mahnı yoxdur. Mən retro mahnılarla başladım. Lakin mənə atılan mahnılar hip-hop və digər tərzlərdədir. Ona görə də belə davam edəcəyəm”.

Qısa müddətdə yaşıdları arasında seçilməyi bacaran sənətçi zaman-zaman tənqid olunan geyimlərindən bəhs edib. NURAN “Pəncəyi 5 ölçü böyükdür” kimi şərhlər yazanlara da cavab verib:

“Pencəyim 5 ölçü böyük deyil. Əslində 3 “razmer” böyükdür…. Məni belə bəyənirlər. Daha doğrusu bəyənənlər və bəyənməyənlər olaraq iki hissəyə bölünüb. Amma mənə belə rahatdır”.

photo shared by nuran on july 21 2024 tagging dalgabeach az shekilin achiqlamasiQeyd edək ki, bu, NURAN fəaliyyətə “Şıkı şıkı baba”, “Salamat qal, “Rədd ol” və “Fəda” adlı sinqllarla başlayıb. Ona populyarlıq gətirən isə “Çağır məni” mahnısı olub. NURAN bu ifası unudulmadan “O bilər, mən bilərəm” adlı hitini yayımlayıb.

https://www.youtube.com/embed/9FyTY4hz9xo

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu