Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır
Dünən prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları general rütbəsi ilə təltif edib. Onlar arasında polkovnik Namiq Bayramovun da adı var.
Millinews.az “Manset.az”-a istinadən xəbər verir ki, polkovnik Namiq Bayramov hazırda Hərbi Hava Qüvvələrində Hava Təlim Komandiridir. HHQ ixtisası üzrə kadrların hazırlanması işinə rəhbərlik edir.
Bayramov Namiq Süleyman oğlu 20 sentyabr 1972-ci ildə Qarabağlar kəndində anadan olub. O, orta təhsilini 1978-1988-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib. 1992-1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Uzun müddət Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinaylı hərbi hissələrdə bateriya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümuçqoşun Ordusunun idarə rəiai vəzifəsinədək şərəfli xidmət yolu keçib.
2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Neft Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib.
Namiq Bayramov nümunəvi xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” medalı, müvafiq olaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı, habelə, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.