Xəbərlər

Röya Füzulidə bu mahnı ilə səhnəyə çıxdı

img 8964

Xalq artisti Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə səhnəyə çıxıb.

Millinews.az xəbər verir ki, bir sıra sənətçilərin yer aldığı mühüm tədbirdə estrada ulduzu “İrəvanda xal qalmadı” xalq mahnısını səsləndirib.

Qeyd edək ki, muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir.

Tədbirə özəl hazırlaşan sənətçini milli geyimdə rəqqaslar müşayiət edib.

Röya Ayxan səhnəyə xüsusi libasda çıxıb. Onun geyiminin müəllifi məşhur modelyer Zümrüd Mirzəliyevadır. Göy rəngli uzun libas kələğayı ilə tamamlanıb. Onun üzərində Azərbaycan bayrağının rəngləri – göy, qırmızı və yaşıl rəng əks olunub, paltar özəl olaraq Röya Ayxan üçün hazırlanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu