Xəbərlər

“Qarabağ” səfərdə “Turan Tovuz”la heç-heçə etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura star verilib.

Millinews.az-ın məlumatına görə, günün ilk oyununda “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb.

“Köhlən atlar”ın heyətində Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərində 46-cı dəqiqədə Otto Con fərqlənib. 89-cu dəqiqədə Leandro Andrade komandasını yenidən hesabda önə keçirsə də, 90+4-cü dəqiqədə Ayxan Quseynov növbəti dəfə tarazlığı bərpa edib

Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 20-yə, “Turan Tovuz” isə 12-yə çatdırıb.

Qeyd edək ki, günün digər matçında “Neftçi” “Səbail”in qonağı olacaq. “Kəpəz” – “Zirə”, “Sabah” – “Sumqayıt” oyunları oktyabrın 21-də, “Qəbələ”– “Araz-Naxçıvan” görüşü isə 22-də keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu