Xəbərlər
Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov vəzifəsindən ayrılıb.
Millinews.az Apa-ya istinadən xəbər verir ki, o, sözügedən vəzifədən ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb.
Mədəniyyət Nazirliyi Vüqar Hümbətovun vəzifəsindən ayrılmasını təsdiqləyib. Onun yerinə bu vəzifəyə Sara Timovora təyin edilib. O əvvəllər İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.