İran ermənipərəst siyasət aparır və Zəngəzur dəhlizinin…
“Oktyabrın 17-də Nikol Paşinyan Avropa Parlamentində çıxış edərək, təkcə Qarabağdan çıxan ermənilərin problemlərinə toxunmayıb, kömək istəyib, həm də KTMT və Rusiya Federasiyasını tənqid edib. O, Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinin Ermənistan üçün faydalı olacağına ümid etdiyini bildirib”.
Millinews.az xəbər verir ki, bu barədə iranlı politoloq Pouya Hüseyni “Hraparak” qəzetinə müsahibə verib.
O qeyd edib ki, İranda Ermənistan hakimiyyətinin və siyasi qüvvələrinin çıxışlarını və açıqlamalarını izləyirlər.
“İran həmişə öz sözünü açıq şəkildə deyib ki, arzuolunandır ki, Zaqafqaziya ölkələri öz məsələlərini və problemlərini bizim region ölkələri ilə həll edə bilsinlər, çünki bizim region ölkələri təhlükəsizlik və sülhün bərqərar olmasında daha çox maraqlıdır. İran bu regiondan kənar ölkələrin bu proseslərdə iştirakının və müdaxiləsinin real məqsədlərinə və səmimiliyinə şübhə edir”, – Hüseyni bildirib.
İranlı politoloq deyib ki, İran məsələlərin region ölkələri ilə həll edilməli olduğunu deyəndə, Türkiyə və Azərbaycanı nəzərdə tutmur:
“İran özünü nəzərdə tutur, yəni Ermənistanın təhlükəsizlik problemlərinə və maraqlarına uyğun gələn bu məsələləri və problemləri öz müdaxiləsi və vasitəçiliyi ilə həll etməkdir.
İranın aydın siyasəti və çıxışı ondan ibarətdir ki, regionda heç bir geosiyasi dəyişiklik baş verməməli, bölgədəki ermənilərin hüquqları və təhlükəsizliyi qorunmalıdır”.
“Bu, İran tərəfdən ermənipərəst mövqedir və İranın vasitəçiliyi ilə danışıqlar aparılarsa, Ermənistanın maraqlarını daha aydın və güclü şəkildə qoruya bilər. Son illər İranın öz siyasəti ilə Zəngəzur dəhlizinin açılmasına və hər hansı geosiyasi dəyişikliyin baş verməsinə imkan vermədiyinin şahidi olduq. O, həmişə bəyan edib ki, bunlar qanunsuz hərəkətlərdir və istisna edilməlidir”, – iranlı politoloq bildirib.
Hüseyn İbadlı