Xəbərlər
Tovuzda bir neçə nəfər su kanalına düşdü

Tovuzda bədbəxt hadisə baş verib.
Millinews.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, bir neçə nəfər kanalın üstündə olan bəndən keçən zaman su kanalına düşüb.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Hazırda kimlikləri dəqiqləşdirilir.