Xəbərlər

Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 130,8 milyon manat təşkil edib ki, bu da proqnozdan 6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,2% çoxdur.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 59,5% təşkil edib.

Sektor üzrə daxilolmaların 56,5%-i və yaxud 7 milyard 414,6 milyon manatı vergi daxilolmaları, 35,8%-i və yaxud 4 milyard 706,6 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,4%-i və yaxud 582,2 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-i və yaxud 24,4 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,1%-i və yaxud 403 milyon manatı isə sair gəlirlər olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu