Xəbərlər
“Aktyoruna hörmət etməyən şəxs teatrdan uzaqlaşmalıdır”
Teatr aktyorundur. Sözsüz ki, aktyor üçün ən ümdə məqam sevimli tamaşaçıları ilə ünsiyyətdir. Bizim üçün hər tamaşaçı, hətta bizi izləməyə gələn 1 nəfər üçün də sevə-sevə oyun nümayiş etdiririk. Amma artıq dövr və təlabatlar dəyişib. Tamaşalar daha çox reklam olunmalıdır ki, teatra maraq olsun. Nəzərə alsaq ki, sosial şəbəkələr dövrüdür və sairə…
Millinews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yazıb.
“Məncə teatrda işləyən hər kəs işlədiyi teatrı və aktyorları sevməlidir. Aktyoruna hörmət etməyən, dəyərini bilməyən şəxslər teatrdan uzaqlaşıb başqa işlərlə məşqul olmalıdır. Məsələn obyekt işlətməlidir və sairə… Nə isə yaşasın teatr!” deyə, aktrisa əlavə edib.