Xəbərlər

Bakıda inşa olunan yeni metronun yaxınlığında bu da olacaq


Bakının Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində inşa olunan “B04″metro stansiyasının tikintisi başa çatdıqda sonra həmin ərazidə 15min kvadratmetr yaşıllıq sahəsinin salınması planlaşdırılır.

Millinews.az Report-a istinadən xəbər verir ki, bunu Bakı Metropoliteni QSC Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, yaxın zamanda “B04” stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq: “Həmin stansiyanın 2 çıxışının altına düşən yaşıllıqların köçürülməsi ilə bağlı layihə hazırlanıb. Metrostansiyasının tikintisi başa çatdıqdan sonra sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15 min kvadrat metr yaşıllıq sahəsinin salınması planlaşdırılır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu