İdman

Xalq artisti bağ evini ucuz qiymətə satır – Səbəbi ürək dağladı

Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılov bağ evini satışa çıxarıb.

Bu barədə o, özü bildirib.

Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının çoxdankı arzu-istəyi ilə alıb. Məqsəd isə xüsusən yay aylarında burada dincəlmək və istirahət etmək olub. Onlar mülkə sahibləndikdən sonra isti aylarda bir müddət bu evdə yaşayıblar.

Xalq artisti söyləyib ki, amma sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bu bağa gəliş-gediş çətinləşib. O, bu səbəbdən bağ evini satmaq qərarına gəlib.

4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir. Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.

Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata təklif edir.

(İqtisadiyyat.az)

fd3421db3af84e548e09d930ff964007 screenshot 20250112 105203 gallery
38a1eaefa1e5bd83aba87bdb5ab956a6 screenshot 20250112 105206 gallery
4be67443107c6b4e83930a46a01306de screenshot 20250112 105152 gallery
4076f335b273e5c3f682743d8f378764 screenshot 20250112 105156 gallery
bagev

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu