Xəbərlər

İsrail- HƏMAS müharibəsi dünyanın texnoloji elitasını parçaladı


“Gələn ay Lissabonda dünyanın ən nəhəng texnoloji forumu – “Web Sammit” keçirilməsi nəzərdə tutulub. Lakin bu tədbirin təşkilatçılarından birisinin, Peddi Kosqreyv-in sosial mediada Fələstini müdafiə edən və İsraili tənqid edən paylaşımları nəinki onu pis vəziyyətə salıb, artıq “Web Sammit”in də baykot edilməsi çağırışlarına rəvac verib”.

Millinews.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məlumat verib. O qeyd edib ki, tanınmış bir çox qlobal investorlar, VC və İT şirkət rəhbərləri, global şirkətlərin rəhbərləri Sammitə qatılmaqdan imtina ediblər. Sonradan Peddi və “Web Sammit” rəsmiləri bir qədər tolerant və yumşaq münasibətlər sərgiləsələr də İsrail tərəfi bu texnoloji Sammitdən imtina edib.

“Onlar başqalarını da boykota səsləyiblər. Kimlərin onlara dəstək verərək Sammitə qatılmayacağını isə gələn ay görəcəyik. Artıq belə görünür ki, qlobal texnoloji elitadakı parçalanma texnoloji mühitdə də mənfi nəticələrə səbəb olacaq, işlər öz təbii axarında getməyəcək, qlobal güclərin siyasi -ideoloji maraqları texnoloji inkişafı əngəlləyəcək. Bütün bunlar isə heç bir halda doğru bir yanaşma deyil. Ümid edirəm, İsraili dəstəkləməyən startapların qlobal müstəvidə investisiya almaq və maliyyə resurslara çıxış imkanlarında problemlər yaşanmayacaq. Hansı ki, bunun çox çətin olacağı indidən görsənir”.

Qeyd edək “Web Sammit”in 13-16 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu