Xəbərlər
Sabiq “Qalatasaray”lı Fransa klubunun baş məşqçisi oldu
Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu və məşqçisi olmuş Albert Riera Fransada işləyəcək.
41 yaşlı mütəxəssis II Liqa təmsilçisi “Bordo”nun baş məşqçisi təyin olunub. Məlumatı klubun saytı yayıb.
Riera ilə müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, ispaniyalı mütəxəssis son olaraq Sloveniyada “Olimpiya”nı çalışdırıb. O, komandaya ölkə çempionluğunu qazandırıb.