Xəbərlər
Şolts və heyəti təyyarədən çıxıb yerə uzanmalı oldular
Almaniya kansleri Olaf Şolts və onun nümayəndə heyəti Təl-Əvivdə (İsrail) hava hücumu xəbərdarlığı səbəbindən təyyarədən çıxarılıblar.
Millinews.az xəbər verir ki, buna dair sosial şəbəkələrdə video yayılıb.
Görüntülərdə Almaniya kansleri heyətin qalan sərnişinləri ilə birlikdə təyyarədən çıxarılır. Daha sonra onlar təyyarənin yanında yerə uzanmalı olurlar. Videonu çəkən şəxs kameranı göyə yönəldib. Səmada iki naməlum uçan obyekt görüntülənib.