Maqazin

Tolikdən Vəfanın başqasının ərindən uşaq dünyaya gətirməsi iddiasına reaksiya: Kişinin pulu varsa edə bilər – VİDEO

Tanınmış prodüser, aparıcı Tarix Əliyev (Tolik) müğənni Vəfa Şərifovanın şəxsi həyatı haqda bir sıra maraqlı faktları açıqlayıb. 

 “Rəngarəg səhər” verilişində qonaq olan Tolik müğənninin həyat yoldaşı, iş adamı Famil bəyin müğənnidən dünyaya gələn 2 övladına soyadını verdiyini bildirib:

Mən Vəfanın vəkili kimi çıxış etmək istəmirəm, amma onun iki övladına da ataları öz adını və soyadını verib. Bəzən deyirlər ki, niyə ərini göstərmirsən filan? Famil niyə efirlərə çıxmalıdır ki, o, biznesmen adamdır. Müğənnilər ərləri göstərmir, çünki bilirlər ki, əllərindən alacaqlar”. 

Müğənni Təranə Qumral isə Tolikin bu fikirlərinə etiraz edib:

“Xeyr, çünki başqasının əridir deyə göstərmirlər. Başqasının əridir də, bəs nədir?! Bunu edən kişilər qanuni arvadından qorxaraq gizli edir”. 

Tarix Əliyev buna baxmayaraq, Vəfa Şərifovanı dəstəkləməyə davam edib:

“Vəfa heç kəsin ərini gedib evindən tutub gətirməyib. Ailəsinə baxmayan, uşaqlarını ac qoyan, altındakı maşını satıb müğənniyə yedirənlər kişi deyillər. Amma kişinin imkanı varsa, həm evdə arvadına, həm də müğənniyə baxa bilirsə, olar. Mən demirəm bu yaxşı şeydir, amma fakt kişi bu qadınla görüşüb, ondan dünyaya 2 uşaq gətizdirib. Bu onun kişiliyidir, soyadını da uşaqlara verib”.  / Yenisabah.az

https://player.bax.tv/embed/189050.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu