Xəbərlər
“Qəzzada xəstəxananın vurulmasına görə “İslami Cihad” məsuliyyət daşıyır”
Qəzza zolağında xəstəxanaya hücuma görə “İslami Cihad” qruplaşması məsuliyyət daşıyır.
Millinews.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari deyib.
“Bizdə olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır”, – Həgari vurğulayıb.
IDF “Telegram” kanalında yayımlanan məlumata görə, xəstəxanaya hücuma terror təşkilatı tərəfindən uğursuz raket buraxılışı səbəb olub.
Hüseyn İbadlı