Xəbərlər

Kütləvi davada bir nəfər öldü, digəri yaralandı – Qətlin TƏFƏRRÜATI

<!– –>

if (screen.width > 576) {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22890818619’,
size: [600, 338],
zoneId: ‘22889818619’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 600px; max-height: 338px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);

let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);

let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);

script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
} else {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22882913269’,
size: [300, 250],
zoneId: ‘22881913269’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 300px; max-height: 250px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);

let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);

let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);

script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
}

Bakıda bir nəfəri öldürən, digərini yaralayan Tofiq Əlixanovun cinayət işi üzrə detallar məlum olub.

Ölkə.Az xəbər verir ki, 2020-ci il oktyabrın 8-də gecə saat 02:00-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Məqatil Zeynalovun üzərində qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi tapılıb.

Bundan əlavə, Maqatil Zeynalovun 1998-ci il təvəllüdlü həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Tofiq Əlixanov saxlanılıb.

İş üzrə dindirilmiş Tofiq Əlixanov ifadəsində bildirib ki, Məqatil Zeynalovu qəsəbə sakini kimi 10 ilə yaxındır tanıyır.

Oktyabrın 8-i gecə evdə yatdığı vaxt mobil telefonuna gələn zəngdən narahat olub, əvvəl cavab vermək istəməyib. Lakin dözməyib cavab verərkən zəng vuran şəxs özünü Məqatilin dostu kimi təqdim edib. O, hazırda Məqatillə bir yerdə olduğunu və Müşfiqabad qəsəbəsinə gəlmək üçün yolda olduqlarını bildirib. Qəsəbəyə çatanda yenidən zəng vuracağını deyən şəxs görüş yerinə gəlməyənin ünvanına ağır söyüşlər işlədib.

Bundan əsəbiləşən Tofiq paltarını geyinib çölə çıxıb. Həyat yoldaşı gecə vaxtı onun getməsinə mane olmağa çalışıb. Təxminən yarım saatdan sonra zəng edən Məqatil onu mədəniyyət evinin qarşısına çağırıb.

Tofiq Əlixanov ifadəsinin davamında bildirib ki, həmin yerə çatıb hamı ilə salamlaşandan sonra telefonda ünvanına söyüş söyənin kim olduğunu soruşub. Həmin an Məqatil söyüş söyənin özü olduğunu deyib, yumruq və təpiklə ona zərbələr endirməyə başlayıb. Əlbəyaxa olduqları vəziyyətdə hər ikisi yerə yıxılıb. Yanlarında olan dostları onları ayırmağa cəhd ediblər. Yerə yıxılan vaxt yeşiyin yanında gördüyü bıçağı cəld götürüb özünü müdafiə etməkdən ötrü sağa-sola yellətməyə başlayıb. Buna baxmayaraq, həmin şəxslər qaçmayıblar. Əksinə hiddətli şəkildə üstünə gəlməyə başlayıblar. Qaranlıqda əlində yellətdiyi bıçağın kimlərə dəydiyini hiss etməyib. Bir müddət sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məhəlləyə çatanda hadisədən bixəbər olan atası gecə vaxtı küçəyə çıxdıqları üçün onları tənbeh edib. Evə gələndən sonra paltarlarını dəyişib. Növbəti gün bilib ki, bıçaq xəsarətlərindən Məqatil Zeynalov ölüb və daha bir şəxs yaralanıb.

Məhkəmə iclasında Tofiq Əlixanov ittihamla razılaşmayaraq bildirib ki, heç kimi öldürmək niyyəti olmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı şikayətinin olmadığını bildirib.

Sonda məhkəmənin hökmü ilə Tofiq Əlixanov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayət verib.

Bakı Apellyasiya Məhkəməsində hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Əlixanovun apellyasiya şikayəti təmin edilməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu