Maqazin

“Başqa qadının yataq otağına girən kişi elə öz ana-bacısının…” – Zaur barədə sərt sözlər

“Bu gün televiziyalarda ailə-məişət məsələlərindən başqa bir mövzu yoxdur. Biz görmüşük ki, evin kandarından icazəsiz evə girməzlər. Həyatda çox şeylər olur, lakin onu bütün açıq-saçıqlığı ilə danışmazlar. Elə şeylər var ki, gərək özünü görməməzliyə, eşitməməzliyə vurasan”. 

Bu sözləri Yenisabah.az-a açqılamasıdna tanınmış müğənni Akif İslamzadə deyib. 

Uzun illərdir mavi ekranlara çıxmayan sənətçi televiziyaların bugünkü vəziyyətindən gileylənib.

Müsahibimiz bildirib ki, o, 30 ildir ki, televiziyaya baxmır: 

“Televizoru yandıranda ancaq xəbərlərə və idmanla maraqlandığım üçün futbola baxıram. Digər ailə məsələləri, boş-boş söhbətlərin olduğu kanalları izləmirəm. Amma bu əxlaqsızlıq və mənəviyyatsızlıq bütün dünyada gedir. Bu proses sizdən, məndən asılı deyil, bu dövrün adı axırzamandır. Bu, qiyamət deyil, amma axırzamanda Dəccalın ortaya çıxması və s. müqəddəs kitablarda deyilib. Bunu açıb oxumaq məgər o qədər çətindir?! 

Bunlar fantastika deyil. 124 min peyğəmbərin hamısı bunu deyib. Məhəmməd peyğəmbər də (s.a.v.) bunu təsdiq edib. Televiziyalardakı əxlaqsızlıq və digər şeylər axırzamanın əlamətləridir”. 

Həmsöhbətimiz əlavə edib: 

“O dəfə Zaurun verilişdə biri çıxıb deyir ki, atamı xalamla görmüşəm. Bu nə söhbətdir?! Atamı xalamla, xalamı dayımla görmüşəm, nə bilim, nə?! Bu, nə məsələlərdir?! Evin, ailənin içərisində olan məsələləri efirə çıxarmaqda məqsəd nədir?! Bunu edən adam nə məqsəd güdür?! Ya psixi xəstədir, ya da ki, söz tapa bilmirəm… Elə Zaurun özü də o müğənninin tayıdır. Gedib qadınların yataq otağına girir. Başqa qadının yataq otağına girən kişi elə öz ana-bacısının otağına da girər. Hər bir kişinin yanında çiyin yoldaşı kimi qadınları olub. Bizim dilimizdə olan “həyat yoldaşı” ifadəsi böyük anlamdır. Elə ki, həyat yoldaşın evdə komandir olur, vəssalam, ailə dağılır. Mən qadınlara qarşı deyiləm, çünki qadınların tarixən yüksək məqamları olub. Amma bu gün vəziyyət tamam başqadır. Dünyada gördüyünüz əxlaqsızlıqlar da matriarxat sistemi yayan şəxslərin boynundadır”. 

“Mən sırf bu intriqalara görə televiziyalara getmirəm. Nə qədər adama eyni suallar verərlər?! Özü də aparıcıların çoxu qadınlardır. Bu qadınları yığışdırmaq lazımdır! Axırzamanın əlamətlərindən biri də budur. Orada deyir ki, qiyamətdə qadınlar iş başında olacaq, kişilər zəifləyəcək. Dünya bu saat matriarxat sistemlə gedir. Bunu dəyişdirmək lazımdır!”, – fikirlərini yekunlaşdırıb. 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu