Xəbərlər

Fransada digər ölkələrdən olan məmurlar irqçi zorakılıqla üzləşirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada yerləşən Afrika Mundus beyin mərkəzinin rəhbəri, Fransanın “Thesee” kommunasının bələdiyyə üzvü Emmanuel Arqo həmkarlarının irqçi hücumlarına məruz qalır və ölümlə hədələnir.

“Report” xəbər verir ki, müstəmləkədən əziyyət çəkən insanlara təzminatın ödənilməsi məsələsini qabardaraq, bu barədə Bakıda danışdığını qeyd edən E.Arqo irqçi hücumlarla bağlı Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.

Xatırladaq ki, E.Arqo bu ilin iyul ayında Bakı Təşəbbüs Qrupunun yaradılmasına həsr edilmiş tədbirdə iştirak edib.

Müraciətə 17 vətəndaş cəmiyyəti və afrikalıların haqlarının qorunması sahəsində iş aparan şəxslər də qoşulub.

Məktubda bildirilib ki, Fransada Afrikadan və bəzi ölkələrdən olan məmurlar həmkarları tərəfindən diskriminasiya və irqçi zorakılığa məruz qalırlar.

E.Argo gördüyü münasibətin Fransanın müstəmləkəçilik keçmişindən qalmış ikili standartların bir parçası olduğunu vurğulayıb. O qeyd edib ki, Fransa digər ölkələrə demokratiya dərsi verir, ancaq özü həmin dərsləri yaxşı öyrənməyib.

Müraciətə qoşulan təşkilatlar və şəxslər bunlardır:

1. Beynəlxalq Təzminat Hərəkatı (Martinika)

2. Beynəlxalq Təzminat Komitəsi (Martinika)

3. Fransızların Xaricdəki Nümayəndəlik Şurası

4. Qara Xalqların Beynəlxalq Komitəsi

5. Avropa Haiti Diaspora Sammiti Komitəsi

6. Yeni İnsanlıq Hərəkatı

7. Haitidə və Xaricdə Yaşayan Haitililərin Birləşmiş Hərəkatı

8. Deportasiya edilmiş Afrikalıların Qızları və Oğulları Kollektivi

9. Afrika Mundus şəbəkəsinin dekanı və Marcus Garvey Fondunun sədri Dr. Julius Garvey

10. Afrika Diasporunun Baş Naziri Dr. Luis-Georges Tin

11. Sylvie Condé Afro-nəsli və NégroEvolution-ın dəstəyi

12. Makona təşkilatının Qvineya, Liberiya, Sierra Leone üzrə Afrika Mundus Şəbəkəsinin nümayəndəsi və regional baş katibi Ensa-N’Dayma

13. Afrika Mundus şəbəkəsinin Namibiya və Botsvana üzrə nümayəndəsi Vikki Hendrik

14. Afrika Mundus Diaspora Şəbəkəsinin Böyük Britaniya üzrə nümayəndəsi Dr. Colins Imoh

15. Afrika Mundus şəbəkəsinin münaqişələrin həlli üzrə eksperti professor Elvis.

16. Parlamentarilər

17. Həmrəylik vəkilləri kollektivi

18. Afrika Mundus şəbəkəsinin Yaponiyadakı nümayəndəsi

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu