Maqazin
Azərbaycanlı modelin 15855 AZN-lik bahalı geyimi – FOTOLAR
Azərbaycanlı model Diana Əhədpur geyimi ilə müzakirələrə səbəb olub.
Məclislərdən birinə qatılan model geyindiyi bahalı libası ilə bütün diqqətləri üzərinə çəkib.
Belə ki, Diananın “ALEX PERRY” brendinə aid donunun qiyməti 3609 AZN-dir.
Modelin palto, çanta və çəkmələri isə “Dolce & Gabbana” brendinə aiddir.
Çantasının qiyməti 3350 AZN, qalın üst geyiminin qiyməti 6777 AZN, çəkmələrin qiyməti 2119 AZN olub.
Əhədpurun üzərindəki geyimlərin ümumilikdə məbləği 15 855 AZN-dir.
Onların qiymətləri sosial şəbəkədə paylaşılıb.
Məlumat üçün bildirək ki, azərbaycanlı model Diana Əhədpur iranlı iş adamı Əhədpur Xangah Mənuçehrin həyat yoldaşıdır. / baku.ws