Xəbərlər

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəldi


Azərbaycan boksçusu Ümid Rüstəmov Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində finala yüksəlib.

Millinews.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı yarımfinalda yerli rəqibi Stefan Kamoviçi məğlub edib – 3:0 (28:27, 29:26, 29:26). Ü.Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.

Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirini bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.

Qeyd edək ki, yarışa 15 ölkənin boksçuları qatılıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu